Futbol üzrə Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb

Hesabı görüşün 12-ci dəqiqəsində Maksim Medvedev açıb

Bakı, Cavid Babayev, İnteraz - 08 Oktyabr 2016, 22:02

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

İnterAz xəbər verir ki, Millilərimiz Bakıda Norveç yığmasını qəbul ediblər.

Hesabı görüşün 12-ci dəqiqəsində Maksim Medvedev açıb — 1:0.

90 dəqiqə ərzində qapılara başqa qol vurulmayıb. Görüş 1-0 milllimizin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan yığması C qrupunda keçirdiyi ilk görüşdə San-Marinoya səfərdə 1:0 hesabı ilə qalib gəlib.