Vladimir Kliçko zədələnib

Zədə səbəbibdən çox güman Kliçko döyüşlərini növbəti ildə keçirməli olacaq

Bakı, Vüsal Süleymanov, İnteraz - 25 Oktyabr 2016, 14:29

Superağır çəkidə dünya çempionu Vladimir Kliçko cari ilin son ayında avstraliyalı Lukas Braunla baş tutacaq döyüşə çıxmayacaq.

İnterAz xəbər verir ki, buna səbəb 40 yaşlı ukraynalının məş zamanı zədələnməsidir. Kliçkonun məşqçisi qeyd edib ki, zədə səbəbibdən çox güman Kliçko döyüşlərini növbəti ildə keçirməli olacaq.

Vladimirin rəqibinə gəlincə Lukas Braun hələ bir neçə gün bundan qabaq Kliçko ilə döyüşə etirazını bidirmişdi. Avstraliyalının  etirazı rəqibə yox gorüşdə qalibə ayrılan pul mükafatına idi.

Belə ki, Braun qələbə müqabilində 1 milyon dolların az olduğuna narazılığını bildirib.