“Zenit”dən minimal hesablı qələbə

Matçın 17 ci dəqiqəsində isə meydan sahibləri Robert Makla tablodakı sıfırları öz xeyirlərinə dəyişiblər

Bakı, Vüsal Süleymanov, İnteraz - 25 Oktyabr 2016, 17:26

Rusiya çempionatının 11-ci turu çərçivəsində “Orenburq”u qəbul edən “Zenit” üçün oyun pis başlamayıb.

İnterAz xəbər verir ki, həmişəki kimi çempionluğa iddialı Zenit ilk dəqiqələrdən üstünlüyü ələ almağı bacarıb. Matçın 17 ci dəqiqəsində isə meydan sahibləri Robert Makla tablodakı sıfırları öz xeyirlərinə dəyişiblər: 1-0. Bu həm də oyunda vurulan yeganə olub.

Bu qələbə sayənsində  “Zenit” “Spartak Moskava”yla hərəyə 25 xalla turnir cədvəlində 1-ci və 2-ci yerləri bölüşür.