AFFA rumıniyalı futbolçunu cəzalandırıb

“Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb

Bakı, Nazilə Xaqani, İnteraz - 26 Oktyabr 2016, 12:04

14:40:12

Topaz Premyer Liqasının IX turunun “Neftçi” – “Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.

İnterAz-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Dava-dalaşda iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb, komandasını 2400 manat ziyana salıb. Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat cərimə olunub.

12:04:44

Oktyabrın 25-də Bakıda "Neftçi" "Qarabağ" oyununda öz qapılarına vurduğu avto-qoldan sonra stadionda azarkeşə hücum edən rumıniyalı hücumçu Katalin Tira "Neftçi" komandasının məşqlərindən kənarlaşdırılıb. 

Bu barədə İnterAz-a komandanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, "Neftçi” PFK-nın rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.