Castin Biber "Barselona"da məşqə çıxıb

Ulduz müğənni Neymarla məşq edib

Bakı, Vüsal Süleymanov, İnteraz - 22 Noyabr 2016, 13:06

Dünyaca məhşur kanadalı müğənni Castin Biber aktyor və modelliklə yanaşı idmanın şahı sayılan futbolu da gözal bacarır.

İnterAz-ın məumatına görə, adıçəkilən ulduz bunu azarkeşlik etdiyi İspaniyanın “Barselona” klubunda futbolçularla birgə məşqə çıxaraq hər kəsə sübut edib. Biberlə birlikdə komandanın ulduz futbolçuları Neymar və Rafinya da olub. Məşq zamanı Castin Biberin heç də futbolçulardan geri qalmadığını isə görüntülərdən açıq aydın görmək mümkündür.