Futbolçu ikinci dəfə "Ginnesin rekordlar kitabı"na düşəcək

Nigeriyalı futbolçu növbəti bacarığını nümayiş etdirib

Bakı, Vüsal Süleymanov, İnteraz - 22 Noyabr 2016, 13:28

Nigeriyali futbolçu Harrison Çinedu 2-ci dəfə adını "Ginnesin rekordlar kitabı"na yazdıra bilər.

İnterAz xəbər verir ki,  adıçəkilən futbolçu topu başında saxlayaraq velosipedlə nə az nə çox düz 103 km məsafə qət edib. Kadrlardan da aydın görünür ki, futbolçu yol boyu topu başı üzərində çox rahat şəkildə saxlayıb.

Xatırladaq ki, bundan əvvəl Çinedu bu hərəkəti gəzərək yerinə yetirmiş və 48 km məsafə qət edərək "Ginnesin rekordlar kitabı"na düşmüşdü.