Klublarımızın adları danışılmış oyunlar siyahısında yer alıb

Siyahıda təxminən 10 qarşılaşma var

Bakı, Vüsal Süleymanov, İnteraz - 22 Noyabr 2016, 16:34

UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-ya göndərdiyi məktubla bağlı araşdırmaların bəzi təfərrüatları açıqlanıb.

İnterAz-ın Apasport.az saytına istinadən verdiyi məlumata görə, danışılmış oyunlarda adları hallananlar I divizion təmsilçiləridir.

Onlardan biri “Göyəzən” – “Şahdağ” qarşılaşmasıdı. VII turun 1:1 hesabı ilə yekunlaşan görüşünün nəticəsinin öncədən razılaşdırıldığı üzə çıxıb.

Bu 2 klubdan başqa “Rəvan”, “Şərurspor” və “Energetik”in də adı danışılmış oyunlarda iştirakda hallanır. Bundan başqa, danışılmış oyunlarda rolu olan şəxslərlə bağlı araşdırmalar da aparılır ki, burada 22 futbolçu, 1 klub rəsmisi və 1 hakimin adı qara siyahıya düşüb.