Ölkə başçısı Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıdadır

Bakı, Vüsal Süleymanov, İnteraz - 23 Noyabr 2016, 14:17

Prezident İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

İnterAz-ın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.