Zlatan İbrahimoviç müqavilənin müddətini artıracaq

Joze Mourinyo Zlatan İbrahimoviçlə müqaviləni yeniləyəcək

Bakı, Vüsal Süleymanov, İnteraz - 24 Noyabr 2016, 15:39

"Mançester Yunayted"in baş məşqçisi  Joze Mourinyo futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləyəcəkləri xəbərini təsdiqləyib.

İnterAz-ın İstipress.com-a istinadən verdiyi məlumatına görə, o, isveçli hücumçunun növbəti mövsüm də komandada qalacağını deyib.

Qeyd edək ki, Z.İbrahimoviç bu yay PSJ-dən "MY"ya transfer olunub.