Eto həbs oluna bilər

Futbolçu 10 il azadlıqdan məhrum edilə bilər

Bakı, Vüsal Süleymanov, İnteraz - 24 Noyabr 2016, 17:31

"Antalyaspor"un kamerunlu superulduzu Samuel Etoya 10 illik həbs cəzası verilə bilər. 

İnterAz-ın məlumatına görə, vaxtilə Madrid "Real"ının və "Barselona"nın formasını geymiş futbolçu vergidən yayınmaqda günahlandırılır.

İspaniyanın "El Pais" nəşrinin yaydığı məlumata görə, Eto 2006-2009-cu illərdə bu ölkədə forma geydiyi dönəmdə imic hüquqlarının "Bulte 2002" (İspaniya) və "Tradesport" (Macarıstan) şirkətləri üzərindən transfer edərək vergidən yayındığı iddia olunur. 

Onun "Puma"dan aldığı reklam pulunu bu şirkətlər sayəsində vergisiz qazandığı bildirilir. Bu səbəbdən Eto 10 il həbs cəzasına məhkum edilə və 14 milyon avro məbləğində cərimələnə bilər.