"Dnepr"in xalları silinə bilər

Ukrayna təmsilçisi növbəti dəfə cəzalana bilər

Bakı, Vüsal Süleymanov, İnteraz - 26 Noyabr 2016, 12:41

Borclarına görə bu mövsüm 6 xalı silinən “Dnepr”in başı dərddən qurtarmır.

İnterAz-ın məlumatına görə, Dnepropterovsk təmsilçisinin daha 9 xalı silinə bilər.

Bu barədə Ukrayna Premyer Liqasının prezidenti Vladimir Qeninson açıqlama verib. Federasiya rəsmisinin sözlərinə görə, UEFA Avropa Liqasının gümüş mükafatçısı eks-futbolçusu Nikolay Kaliniçə borcu qaldığı üçün növbəti dəfə cəzalandırılacaq.

Qeninson həmçinin bildirib ki, əgər klub borcunu ödəməməyə davam etsə, onu daha böyük cəzalar gözləyir.