"Bavariya"nın yeni rəhbəri məlum olub

Yeni prezidentin adı müəyyənləşib

Bakı, Vüsal Süleymanov, İnteraz - 26 Noyabr 2016, 13:04

"Bavariya" klubunun yeni prezidentinin adı müəyyənləşib.

İnterAz xəbər verir ki, Uli Höness münhenlilərin yeni rəhbəri seçilib. O, səslərin 98.5 faizini toplayıb.

Höness 2019-cu ilə qədər bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Uli Höness 2009-2014-cü illərdə də "Bavariya"nın prezidenti olub.