"Qoca Senyora" ciddi itki ilə üzləşib

"Yuventus" itki ilə üz-üzə qalıb

Bakı, Nazilə Xaqani, Vüsal Süleymanov, İnteraz - 28 Noyabr 2016, 10:06

"Yuventus"un futbolçusu Dani Alveş zədələnib.

İnterAz-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı müdafiəçi A seriyasında "Cenoa"ya qarşı oyunda sol ayağından zədə alıb. Tibbi müayinədən keçən D.Alveşin sol ayağının kiçik baldır sümüyünün sındığı aşkarlanıb. O, yenidən təkrar müayinədən keçəcək.

D.Alveşin 4 aya qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.