Maurinyo iki oyunluq cəzalandırılacaq

Portuqaliyalının etirazı baha başa gəldi

Bakı, Vüsal Süleymanov, İnteraz - 28 Noyabr 2016, 11:11

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo cəzalandırılacaq.

İnterAz-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"ə qarşı oyunda (1:1) tribunaya göndərilməsi səbəb olub. Buna görə portuqaliyalı mütəxəssis 2 oyunluq cəzalandırıla bilər.

Qeyd edək ki, J.Mourinyo sözügedən qarşılaşmanın 27-ci dəqiqəsində futbolçusu Pol Poqbaya simulyasiya üçün verilən sarı vərəqəyə sərt şəkildə etiraz edib. Bundan sonra hakim onu trinunaya göndərmək barədə qərar qəbul edib.