Niko Rosberq çempion olub

Hamilton qalib, Rosberq çempion oldu

Bakı, Rəşid Dadaşov, , İnteraz - 28 Noyabr 2016, 12:37

“Formula-1” üzrə yarışlarda 2016-cı ilə yekun vurulub.

İnterAz Apasport.az saytına istinadən məlumat verir ki,, mövsümün son – 21-ci mərhələsi Birləşmiş Ərəb Əmirliklərində baş tutub.

Əbu-Dabidə, Yas Marina trekində təşkil edilən Qran-pridə 11 komandadan 22 pilot mübarizə aparıb. Təxminən 2 saat davam edən yarışı Luis Hamilton qalib bitirib. "Mercedes"in 31 yaşlı ingilis pilotu 5,554 metrlik trekdə 55 dövrəlik çıxışı 1:38:04,013 saata başa vurub.

Finiş xəttinə onun komanda yoldaşı, lakin əsas rəqibi, Bakı Avropa Qran-prisinin ən sürətlisi Niko Rosberq ikinci çatıb. Almaniyalı sürücü Hamiltondan 0,439 saniyə geri qalıb.

İlk “üçlüy”ü isə “Ferrari” komandasından Sebastian Fettel (0,843) tamamlayıb. Ölkəmizdə yalnız Rosberqdən geri qalan pilot mükafatçılar sırasına çox çətinliklə düşüb. O, 3-cü yer uğrunda sonadək Maks Ferstappenlə ("Red Bull Racing") mübarizə aparıb.

Finişə isə cəmi 17 pilot çata bilib.

Əbu-Dabi Qran-prisinin nəticələri

1. 44 Luis Hamilton - "Mercedes"

2. 6 Niko Rosberq - "Mercedes"

3. 5 Sebastian Fettel - "Ferrari"

4. 33 Maks Ferstappen - "Red Bull Racing"

5. 3 Daniel Rikkardo - "Red Bull Racing"

6. 7 Kimi Raykonnen - "Ferrari"

7. 27 Niko Hülkenberq - "Force İndia"

8. 11 Serxio Peres - "Force İndia"

9. 19 Felipe Massa - "Uilyams"

10. 14 Fernando Alonso - "McLaren"

11. 8 Roman Qrojan - "Haas"

12. 21 Estabean Qutyerres - "Haas"

13. 31 Esteban Okon – “Manor”

14. 94 Paskal Verlyayn - "Manor"

15. 9 Markus Erikson - "Sauber"

16. 12 Felipe Nasr - "Sauber"

17. 30 Kolion Palmer - "Renault"

Finişə çatmayanlar

55 Karlos Saynts - "Toro Rosso"

26 Daniil Kvyat - " Toro Rosso"

22 Censon Batton - "McLaren"

77 Valtteri Bottas - "Uilyams"

20 Kevin Maqnussen - "Renualt"

Beləliklə, Azərbaycanın da ev sahibliyi etməsi ilə ölkə sayında rekord vuran “Formula-1” yarışlarının daha bir mövsümü tarixin yaddaşına qovuşub.

Ümumi sıralamada ili Rosberq çempion kimi bitirib. O, 5 xal fərqi ilə (385) Hamiltonu qabaqlayıb. İlk “üçlüy”ü Rikkardo tamamlayıb (256 xal).

Konstruktorların yarışında isə 765 xal “Mercedes” qalib adına yiyələnib. Növbəti 2 pillə isə "Red Bull Racing" (468) və “Ferrari”yə (398) qismət olub.