“Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib

Avropanın 4 ən yaxşısı müəyyənləşib.

Bakı, Vüsal Süleymanov, İnteraz - 28 Noyabr 2016, 13:11

Futzal üzrə UEFA kubokunda elit-raunda yekun vurulub.

İnterAz-ın məlumatına görə, “Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib.

2017-ci ilin aprelində keçiriləcək mərhələdə İspaniyanın “İnter”, Qazaxıstanın “Kayrat”, Rusiyanın “Yuqra” və Portuqaliyanın “Sportinq” klubları mübarizə aparacaq. Həlledici matçlar aprelin 27-30-da baş tutacaq. Avropanın 45 ən güclüsü kubokun qalibini müəyyənləşdirəcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Araz” elit-raundda “Yuqra”nın qalibi olduğu B qrupunda 3-cü olub.