Luiz Enrike söz verib

Baş məşqçi etiraf etdi

Bakı, Vüsal Süleymanov, İnteraz - 28 Noyabr 2016, 17:14

“Barselona”nın baş məşqçisi postunda ilk dəfə deyə bilərəm ki, rəqib bizdən üstün oynadı. Amma bu o demək deyil ki, çempionluq mübarizəsindən əlimizi üzmüşük”.

İnterAz-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.

La Liqanın XIII turu çərçivəsində “Real Sosyedad”ın qonağı olan “Barsa” meydandan heç-heçə ilə ayrılıb – 1:1.

Ölkəsinin mətbuatına açıqlama verən Enrike bu görüşdə rəqibin daha üstün oynadığını etiraf edib. Bununla belə, o, dekabrın 3-də keçiriləcək “El-Klasiko”da azarkeşlərin fərqli “Barsa” görəcəklərini bildirib: “Daha yaxşı oynamağa başlamalıyıq. Son vaxtlar ərzində ən pis oyunumuzu keçirdik. Əminəm ki, azarkeşlər “El-Klasiko”da başqa “Barselona” görəcəklər. Çempionluq mübarizəsi haqda 13 turdan sonra fikir bildirmək tezdi. Biz bu yarışda sona qədər əlimizdən gələni edəcəyik.

Qeyd edək ki, La Liqada 13 turdan sonra turnir cədvəlində ikinci pillədə qərarlaşan “Barselona” lider “Real”dan 6 xal geri qalır.