Üç yığmamızın baş məşqçisi müəyyənləşib

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Vüqar Məmmədə həvalə olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 28 Noyabr 2016, 18:45

Üç komandanın baş məşqçisi müəyyənləşib.

İnterAz-ın məlumatına görə, AFFA rəhbərliyinin qərarına əsasən, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Təbriz Həsənova, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Vüqar Məmmədə həvalə olunub.