Azərbaycan Kuboku: "Zirə" və "Kəpəz" növbəti mərhələdə

"Şahdağ" - "Kəpəz" oyunda isə gəncəlilər 5:1 hesabı ilə qələbə qazanıblar

Bakı, Nazilə Xaqani, İnteraz - 03 Dekabr 2016, 16:31

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

İnterAz-ın məlumatına görə, "Turan Tovuz" doğma meydanda "Zirə"ni qəbul edib. Gərgin keçən qarşılaşmada bir qol qeydə alınıb. 80-ci dəqiqədə Aleksandr Şemonayev zirəlilərin qələbə topunu vurub.

"Şahdağ" - "Kəpəz" oyunda isə gəncəlilər 5:1 hesabı ilə qələbə qazanıblar.

Qollar: 10' Orxan Əliyev, 12' Şəhriyar Rəhimov, 31' Tural Qürbətov, 51' [0-4] Tural Rzayev, 78' [1-4] Haqverdi Həsənov, 87' [1-5] Ceyhun Cavadov