Komanda yoldaşı ilə dalaşdı, hər ikis qırmızı aldı

1 komandanın 2 futbolçusu eyni anda meydandan qovulub

Bakı, Nazilə Xaqani, Vüsal Süleymanov, İnteraz - 05 Dekabr 2016, 13:32

İngiltərə Çempionşipinin 19-cu turunda "Şeffild Uensdey" - "Preston Nort End" oyununda qalmqallı hadisə baş verib.

İnterAz-ın məlumatına görə, meydan sahiblərinin iki futbolçusu - Cermeyn Bekford və Ouen Doyl oyun zamanı dalaşıb. Dərhal komanda yoldaşları onları ayırmağa çağırıb.

Bundan sonra hakim hər iki oyunçuya qırmızı vərəqə göstərib.