"Çelsi"nin futbolçusu təxribata görə sərt cəzalana bilər

FA cəzanı özü təyin edəcək

Bakı, Vüsal Süleymanov, İnteraz - 05 Dekabr 2016, 16:05

"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas İngiltərə Futbol Assosasiyası (FA)  tərəfindən cəzalandırıla bilər. İnterAz-ın məlumatına görə, ispaniyalı havbek "Mançester Siti" ilə oyunda həmkarı Fernandinyonu təxribata çəkməkdə ittiham olunur.

Belə ki, Fernandinyo ona yüngül sillə vuran Fabreqasın boğazından tutub reklam şitinə tərəf itələyib. Görüşün baş hakimi Entoni Teylor bu epizodu oyunun raportunda qeyd etməyibsə, FA cəzanı özü təyin edəcək. "Zadəganlar"ın futbolçusu 2 oyunluq cəza ala bilər. O və daha 30 nəfər haqqında qərar dekabrın 5-də çıxarılacaq.