Kamranla Eminin komandası məğlub olub

Biri strat heyyətdə, digəri əvəzetmədə

Bakı, Vüsal Süleymanov, İnteraz - 06 Dekabr 2016, 12:43

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.

İnterAz-ın xəbərinə görə, komanda səfərdə “Pakoş de Ferreyra”nın qonağı olub.

Kamran start heyətdə, Emin isə ehtiyat oyunçular arasında yer alıb. Mahmudov 57-ci dəqiqədə Siilva Samunun əvəzinə oyuna qoşulub. 

Görüş həmyerlilərimizin komandasının 1:2 hesablı məğlubiyyət ilə başa çatıb. İlk yarıda qapısında 2 qol görən “Boavişta”nın gücü yalnız fasilədən sonra hesab arasındakı fərqi minimuma endirməyə çatıb. 

Qeyd edək ki, bu yenilgidən sona 13 xallı “Boavişta” 13-cü pilləyə yuvarlanıb.