Əliyar Ağayev 1-ci kateqoritada

Hakimimizdən növbəti uğur.

Bakı, Vüsal Süleymanov, İnteraz - 06 Dekabr 2016, 11:47

FİFA dərəcəli hakim Əliyar Ağayev daha bir uğura imza atıb.

İnterAz xəbər verir ki, Ağayev UEFA-nın I kateqoriyasına sahib olub. Bununla o, Azərbaycan futbol tarixində ilkə imza atıb. I kateqoriyaya keçən Ağayev gələn ildən Çempionlar Liqasının qrup və pley-off matçlarına da təyinat almaq hüququ qazanıb.

Qeyd edək ki, 2013-cü ildən FİFA dərəcəsini daşıyan Əliyar Ağayev cari mövsümdə 3 dəfə Avropa Liqasının qrup mərhələsində oyun idarə edib.