Təyyarə qəzasında həlak olan klubun üzvləri kubokun qalibi elan edilib

Qitənin ən nüfuzlu ikinci turnirinin qalibi adını “Şapekoense”yə verib.

Bakı, Vüsal Süleymanov, İnteraz - 06 Dekabr 2016, 11:53

Bu yaxınlarda təyyarə qəzasına uğrayan Braziliyanın “Şapekoense” klubu Sudamerikana Kubokunun qalibi elan edilib. İnterAz Apasporta istinadən xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bu barədə rəsmi məlumat yayıb.

 

Noyabrın 28-də final qarşılaşması üçün Kolumbiyaya yollanan A seriyası təmsilçisi qəzaya uğramış və təyyarədə olan 81 nəfərdən 77-si həlak olmuşdu. Həmin hadisədən sonra “Şapekoense”nin rəqibi “Atletiko Nasional” kubokun Braziliya klubuna verilməsini təklif etmişdi. Bunu müsbət qarşılayan CONMEBOL qitənin ən nüfuzlu ikinci turnirinin qalibi adını “Şapekoense”yə verib.

 

Bununla da “Şapekoense” tarixində ilk dəfə Sudamerikana Kubokunu muzeyinə aparıb.