Aquero dörd oyunda komandasına kömək edə bilməyəcək

"Mançester Siti"nin 2 futbolçusu cəzalandırılıb

Bakı, Vüsal Süleymanov, İnteraz - 06 Dekabr 2016, 12:17

İngiltərə Futbol Federasiyası “Mançester Siti”nin futbolçuları Serxio Aquero və Fernandinyonu cəzalandırıb.

İnterAz-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Aquero  qarşıdakı 4, Fernandinyo isə 3 oyunda meydana çıxmayacaq. Onlar İngiltərə Premyer Liqasının son turunda “Çelsi” ilə oyunda (1:3) etdikləri kobudluqlara görə bu cəzanı alıb. 

Qeyd edək ki, Aquero görüşün sonlarında rəqib futbolçusu David Luizə qarşı kobudluq edərək meydandan qovulub. Fernandinyo isə Sesk Fabrekası reklam lövhəsinin üzərinə itələdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.