"Beşiktaş"la "Dinamo"nun azarkeşləri arasında dava düşüb

Ukraynada azarkeşlər bir-birilərinə hücum çəkib

Bakı, Xəyalə Əliyeva, İnteraz - 06 Dekabr 2016, 13:30

Kiyevin mərkəzində fanatlar arasında kütləvi dava olub.

İnterAz-ın məlumatına görə, dava Kiyev "Dinamo"su ilə "Beşiktaş" klubunun fanatları arasında olub. Məlumata görə,  türk fanatlardan birinin barmağı qırılıb. Azarkeşlər polis və təcili yardım gələnədək hadisə yerindən qaçaraq metroya miniblər. Qeyd edək ki, bu gün "Olimpiyski" stadionunda keçiriləcək "Dinamo" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.