Gürcüstanda azərbaycanlı jurnalistlərə hücum olunub
Polislərin müdaxiləsindən sonra yerli fanatların bu hərəkətinin qarşısı alınıb
Bakı, İnteraz - 08 Avqust 2014, 14:16
Çixura" - "Neftçi" matçı zamanı gürcüstanlı azarkeşlər əllərində olan əşyaları azərbaycanlı jurnalistlərə atıblar.
İnterAz xəbər verir ki, polislərin müdaxiləsindən sonra yerli fanatların bu hərəkətinin qarşısı alınıb.
Daha sonra polislə davaya başlayan azarkeşləri stadiondan uzaqlaşdırıblar. Gürcü fanatlar da buna etiraz edib vә toqquşma daha da böyüyüb. Sonradan toqquşmanın qarşısı alınıb.