Droqba altı ay futbol oynamayacaq
Fil Dişi Sahili yığmasının hücumçusunun altı ay yaşıl meydanlardan uzaq qalacağı iddia edilir
Bakı, Babur Hüseynov, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 11 Avqust 2014, 13:05
"Çelsi" klubunun futbolçusu Didye Droqba zədələnib.
Xarici KİV-lərin yaydığı xəbərə görə, o, "Ferençvaroş"la yoldaşlıq matçının 27-ci dəqiqəsində zədələnib və oyunu tərk etmək məcburiyyətində qalıb.
Fil Dişi Sahili yığmasının hücumçusunun altı ay yaşıl meydanlardan uzaq qalacağı iddia edilir.
Droqbanın zədəsinin ciddi olub-olmadığı barədə "Çelsi" hələlik rəsmi açıqlama verməyib.