Riçard Almeyda: "Əvvəllər etdiyimiz səhvləri təkrar etməsək, qrupa düşə bilərik"

"Zalsburq" güclü komanda idi, amma biz onları məğlub edə bilərdik"

Bakı, İnteraz - 11 Avqust 2014, 14:39

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda "Zalsburq" və "Tvente" haqqında danışdı.

 

İnterAz Almeydanın dediklərini sizə təqdim edir:

 

 "Zalsburq" güclü komanda idi, amma biz onları məğlub edə bilərdik. Bu futboldur və hər bir nəticəyə hazır olmaq lazımdır. İndi əsas diqqətimizi "Tvente" ilə oyuna yönəltmişik. Hollandiya klubunun necə çıxış etdiyini hər kəs bilir, amma bu bizi qorxutmur. Çünki, heyətimiz yaxşı futbolçulardan təşkil olunub. Əvvəllər etdiyimiz səhvləri təkrar etməsək, qrupa düşə bilərik".