"Neftçi"nin qapıçısı iddialı danışdı - AÇIQLAMA

"Neftçi" klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç ölkəsinin mətbuatına danışıb

Bakı, İnteraz - 11 Avqust 2014, 14:53

Neftçi" klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç ölkəsinin mətbuatına danışıb.

 

İnterAz xəbər verir ki, təcrübəli qolkiper Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Partizan"la oyun haqda bunları deyib:

 

"Partizan"la komanda şəkilində qarşılaşmışıq və hansı gücə sahib olduğunu bilirik. Eyni zamanda mənə də yad klub deyil. İndi bütün diqqətimizi bu oyuna yönəltmişik. "Neftçi"də hər kəs bu məsuliyyəti anlayır və qarşıda qoyulan məqsədə çatmaq üçün ciddi hazırlaşırlar. Yenidən qrupda mübarizə aparmaq istəyirik. Düşünürəm ki, bizi gərgin və maraqlı oyun gözləyir".