Əfsanəvi futbolçu yığmanı tərk etdi

Vurduğu 16 qolla dünya rekordu vuran Miroslav Klose Almaniya Milli yığması ilə sağollaşdı

Bakı, Babur Hüseynov, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 11 Avqust 2014, 17:12

Almaniya millisinin əfsanəvi hücumçusu Miroslav Klose yığmanı tərk edib.

 

Bu il Braziliyada keçirilən futbol üzrə dünya çempionatında vurduğu 2 qolla qollarının sayını 16-a çatdıran hücumçu, həm də futbol karyerasında ilk dəfə olaraq dünya kubokunu öz başını üzərinə qaldırıb. 

 

36 yaşlı futbolçu hal-hazırda dünyanın ən yaxşı hücumçusu hesab edilir.

 

Qeyd edək ki, Klose çıxış etdiyi Alman millisinin tərkibində ümumilikdə 71 qol vurubdur.