Kasilyas: Karyeramda bundan da pis günlər olub
"A Bola"ya danışan ispaniyalı qolkiper hazırda karyerasının ən pis günlərini yaşaması fikri ilə razılaşmayıb
Bakı, Babur Hüseynov, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 12 Avqust 2014, 12:19
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas maraqlı fikirləri ilə diqqət çəkib.
"A Bola"ya danışan ispaniyalı qolkiper hazırda karyerasının ən pis günlərini yaşaması fikri ilə razılaşmayıb:
"Hazırda karyeramın ən pis günlərimi yaşayıram? Mən belə düşünmürəm. Çünki karyeramda bundan da çətin günlərim olub. Ancaq bütün çətinliklərdən çıxaraq irəliləmişəm. Hazırda əsas olan "Real"ın necə oynamasıdır. Komandanın 10-cu dəfə Çempionlar Liqasını qazanmasından sonra yeni titullar haqda düşünməliyik".