Ronaldodan növbəti rekord

UEFA Super Kubok matçında atdığı 2 qolla "Real" Madridin kuboku almasını təmin edən Kriştiano Ronaldo, matçın futbolçusu seçildi

Bakı, Babur Hüseynov, Nəzəroğlu Cəlalə Natiq qızı, İnteraz - 13 Avqust 2014, 11:43

Portuqaliyalı futbolçu mükafatını köhnə texniki direktoru Aleks Ferqüsonun əlindən aldı. 

 

Ronaldo etdiyi şərhdə, "Sevilia" qarşısında yaxşı bir futbol ortaya qoyduqlarını ifadə edərək, "Raqibimizdə də gözəl fürsətlər oldu. Bu kuboku almağı istəyirdim, daha əvvəl qazanmamışdım. İki qol atdığım üçün xoşbəxtəm. Daha çoxunu istəyə də bilməzdim. Matçın ən yaxşı futbolçusu seçildiyim üçün xoşbəxtəm. Bu mükafatı Aleks Ferqüsondan almaq ayrı bir gözəlik oldu. Mənə "Mançester Yunayted"də çox şeylər öyrətdi, inkişafımıza kömək oldu "dedi. 

 

Qeyd edək ki, Kriştiano Ronaldo karyerasında UEFA Super Kuboku da qazanıb və klub əsasında bütün kubokları qazanaraq öz adına yeni bir rekordun daha sahibi olub.