Milli komanda Mahmud Qurbanova həvalə olunub

Mahmud Qurbanov Azərbaycan milli komandasına müvəqqəti baş məşqçi təyin olunub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 18 Oktyabr 2014, 14:53

Azərbaycan millisinin yeni baş məşqçisinin adı məlum olub.

 

İnterAz-ın AFFA-nın saytına istinadla verdiyi məlumata görə, milli komandanın baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq baş məşqçinin köməkçisi Mahmud Qurbanova həvalə olunub.

 

Qeyd edək ki, oktybarın 16-da Azərbaycan millisinin baş məşqçisi Berti Foqts istefa verib. O, 6 il millinin baş məşqçisi olub.