"Xəzər-Lənkəran" "Bakı"nı darmadağın edib

Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 20 Oktyabr 2014, 10:01

Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub. 

 

İnterAz xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Lənkəran şəhər stadionunda "Xəzər Lənkəran" və "Bakı" komandaları üz-üzə gəlib. Turnir cədvəlinin qonşu pillərində qərarlaşan komandaların dueli maraq doğurub. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb – 4:0.

 

“Xəzər Lənkəran” – “Bakı” - 4:0 

Qollar: Alfred Sanko, 34 (1:0), Qalin İvanov, 37 (2:0), Elnur Cəfərov, 43 (3:0), Rauf Əliyev, 79-pen. (4:0)

Qırmızı vərəqə: Elşad Manafov, 70 ("Bakı")

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Rahil Əhmədov