“Qalatasaray” - "Borussiya" oyununu azərbaycanlı hakimlər idarə edəcək

FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 20 Oktyabr 2014, 15:18

FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.

AFFA-dan İnterAz-a verilən məlumata görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək “Qalatasaray” (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.