Futzal üzrə milli komandamıza yeni baş məşqçi gətirilib

Baş məşqçi vəzifəsi Tino Perezə həvalə olunub

Bakı, Vüsal Nəbiyev, İnteraz - 20 Oktyabr 2014, 17:42

Futzal üzrə milli komandamıza yeni baş məşqçi gətirilib.

AFFA-dan İnterAz-a verilən məlumata görə, futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi ispaniyalı mütəxəssis Faustino Peres Moreno Qomesə (Tino Perez) həvalə olunub. Onun bu vəzifəyə təyinatının təsdiqi AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.