"Dnepr" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Kiyevdə baş tutacaq oyunu çexiyalı referi Libor Kovrajik idarə edəcək

Bakı, Vüsal Nəbiyev, İnteraz - 21 Oktyabr 2014, 09:10

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Dnepr" - "Qarabağ" matçının hakimləri bəlli olub.

 

İnterAz xəbər verir ki, Kiyevdə baş tutacaq oyunu çexiyalı referi Libor Kovrajik idarə edəcək. Ona Kristof Menkl və Yan Patak kömək edəcək. Dördüncü hakim funksiyasını isə Petr Blajey yerinə yetirəcək.