Tanınmış idmançı karyerasını başa vuracağı tarixi açıqladı

Dünya çempionu Şahin Atamov idmançı karyerasını başa vuracağı tarixi "Qalib ol" verilişində açıqlayıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 21 Oktyabr 2014, 14:01

"İnterAz" televiziyasında "Qalib ol" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

İnterAz xəbər verir ki, müəllif və aparıcısı Rüfət Nadirli olan verilişin budəfəki qonağı dünya çempionu, tanınmış idmançı Şahin Atamov olub. Qonaq verilişdə son uğurlarından danışıb. Şahin Atamovun iştirak etdiyi son yarışlardan görüntülər təqdim olunub. Dünya çempionu idmançı karyerasını başa vuracağı tarixi də verilişdə açıqlayıb:

"Hər bir idmançı istər ki, yaxşı nailiyyət qazanıb, karyerasını başa vursun. Mən də bu fikirdəyəm ki, 2015-ci ildə keçiriləcək Avropa Oyunlarından sonra karyerama son verim. İndi ən böyük arzum həmin Avropa Oyunlarında uğur qazanmağımdır".