FİFA referisi Lənkərandakı oyuna şərh vermədi

"Oyunu normal idarə etdiyimi bilirəm" - Əliyar Ağayev

Bakı, Ramik Cəfərzadə, İnteraz - 21 Oktyabr 2014, 15:30

Xatırladaq ki, "Xəzər Lənkəran" - "Bakı" matçından sonra qonaq komanda baş hakim Əliyar Ağayevdən narazı qalmışdı.

 

FİFA referisi Əliyar Ağayev oyun haqqında İnterAz-a aşağıdakı fikirlərini açıqladı:

 

"Lənkərandakı matçın vidoyazısına baxmamışam. Çünki, oyunu normal idarə etdiyimi bilirəm. Hakim-inspektorlar mənim idarəçiliyimi yaxşı qiymətləndiriblər. Buna görə də, "Xəzər Lənkəran" - "Bakı" matçına şərh vermək niyyətim yoxdur".