AFFA-nın baş katibi FİFA-nın tədbirində iştirak edəcək

Bu gün İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil qərargahında FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək

Bakı, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2014, 13:07

AFFA-nın baş katibi FİFA-nın tədbirində iştirak edəcək.

Qurumdan İnterAz-a verilən məlumata görə, bu gün İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil qərargahında FAIR PLAY və Sosial Məsuliyyət Komitəsinin iclası keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov tədbirdə iştirak edəcək.