Millimiz heyətini açıqladı: Ən çox "Qarabağ"ın futbolçuları yer alıb

Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı təşkil olunacaq

Bakı, Vüsal Nəbiyev, İnteraz - 03 Noyabr 2014, 15:52

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. 

İnterAz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçuların siyahısı müəyyənləşib.

Qeyd: “Qarabağ” klubunun oyunçuları toplanışda noyabrın 7-dən, Mahir Şükürov, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan etibarən iştirak edəcəklər.