"Neftçi" rəsmisi legionerləri müdafiə etdi: "Legionerlər burada günlərini yola vermirlər"

İnterAz televiziyasında "Arena" verilişinin növbəti çəkilişi reallaşıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 04 Noyabr 2014, 16:18

"Arena" verilişinin növbəti çəkilişi reallaşıb. İnterAz xəbər verir ki, verilişin budəfəki qonaqları "Neftçi" klubunun prezidentinin müşaviri Elnur Əşrəfoğlu və stadium.az saytının rəhbəri Vüsal Gözəlov olub.

Verilişdə Premyer Liqanın XI turunun müzakirəsi aparılıb. Elnur Əşrəfoğlu "Neftçi" futbolçularının sərgilədiyi baxımlı və hücum futbolunu dəyərləndirərək komandanın çempion olmaq üçün səylə çalışdığını da dilə gətirib.

Vüsal Gözəlov isə "Neftçi"nin əksər legionerlərinin komandaya lazım olmadığını və onların göndərilməsinin tərəfdarı olduğunu vurğulayıb. Elnur Əşrəfoğlu isə bu fikirlərlə razılaşmayaraq komandada legionerlərin çoxluq təşkil etmədiyini və onların "Neftçi"də günlərini yola vermədiyini sözlərinə əlavə edib.