Kikboksinq üzrə Dünya və Avropa çempionu Emil Mövsümzadə "Qalib ol" verilişinin qonağı olacaq

Verilişi sabah saat 18:30-da yayımlanacaq

Bakı, Vüsal Nəbiyev, İnteraz - 18 Oktyabr 2013, 18:40

"Qalib ol" verilişi sabah saat 18:30-da yayımlanacaq. Müəllif və aparıcı Rüfət Nadirlinin təqdimatında verilişin qonağı kikboksinq üzrə Dünya və Avropa çempionu Emil Mövsümzadə olacaq. Veriliş ərzində idmançının qazandığı nailiyyətlərdən danışılacaq. Karyerası ərzində keçdiyi idman həyatı ilə bağlı sujetlər təqdim olunacaq.