Ramil Quliyev “İlin kişi atleti” mükafatına sahib olub

Mükafat Türkiyə bayrağı altında çıxış edən Ramil Quliyevə Yunanıstanın paytaxtı Afinada ABAF sədri Dobromir Karamarinov və köməkçisi Fatih Çintimar tərəfindən təqdim olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 10:38

Balkan Atletik Federasiyaları Assosiasiyası (ABAF) “İlin kişi atleti” mükafatını azərbaycanlı idmançı Ramil Quliyevə təqdim edib. 

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Atletika Federasiyası məlumat yayıb. 

 

Mükafat Türkiyə bayrağı altında çıxış edən Ramil Quliyevə Yunanıstanın paytaxtı Afinada ABAF sədri Dobromir Karamarinov və köməkçisi Fatih Çintimar tərəfindən təqdim olunub. 

 

Bu il Almaniyanın paytaxtı Berlində keçirilən kişilər arasında 200 metr məsafəyə qaçışda Quliyev 19.76 saniyə ilə Türkiyə rekordunu yeniləməklə yanaşı, çempionluq rekordunu da qırmışdı.