Azərbaycan və Fransa yığmaları arasında oyunların tarixləri bəlli olub

Yığmanın ilk matçı 2019-cu il iyunun 6-da səfərdə Lixtenşteyn kollektivinə olacaq

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Dekabr 2018, 16:29

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının AVRO-2021-in seçmə mərhələsində keçirəcəyi oyunların vaxtları açıqlanıb.

 

İnterAz xəbər verir ki, yığmanın ilk matçı 2019-cu il iyunun 6-da səfərdə Lixtenşteyn kollektivinə olacaq. Milli yer aldığı 2-ci qrupun favoriti sayılan Fransa komandası ilə 2019-cu il oktyabrın 10-da rəqib meydanında, 2020-ci il sentyabrın 7-də isə Bakıda qarşılaşacaq.

 

2019-cu il

 

6 iyun

 

Lixtenşteyn – Azərbaycan

 

6 sentyabr

 

Azərbaycan - Slovakiya

 

10 sentyabr

 

Azərbaycan - Gürcüstan

 

10 oktyabr

 

Fransa - Azərbaycan

 

15 oktyabr

 

Azərbaycan – İsveçrə

 

14 noyabr

 

Azərbaycan – Lixtenşteyn

 

2020-ci il

 

26 mart

 

İsveçrə - Azərbaycan

 

7 sentyabr

 

Azərbaycan - Fransa

 

8 oktyabr

 

Slovakiya - Azərbaycan

 

13 oktyabr

 

Gürcüstan - Azərbaycan

 

Qeyd edək ki, Azərbaycan millisi Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə birgə 2-ci qrupda yer alıb. 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.