UEFA "Milan"ı cəzalandırıb

"Milan" 2021-ci il iyunun 30-dək problemi həll etməsə, 2022-2023-cü və 2023-2024-cü mövsümlərdə avrokuboklarda iştirak edə bilməyəcək

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 10:26

UEFA İtaliyanın "Milan" klubunu cəzalandırıb.

 

İnterAz qurumun saytına istinadla xəbər verir ki, buna klubun maliyyə ilə bağlı "fair-play" qaydalarına riayət etməməsi səbəb olub.

 

UEFA İtaliya təmsilçisini bu mövsüm üçün Avropa Liqasındakı gəlirdən - 12 milyon avrodan məhrum edib. Komanda növbəti iki mövsümdə avrokuboklarda 21 futbolçu sifariş verə biləcək. "Milan" 2021-ci il iyunun 30-dək problemi həll etməsə, 2022-2023-cü və 2023-2024-cü mövsümlərdə avrokuboklarda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, "Milan" cari mövsüm Avropa Liqasının F qrupunda Yunanıstanın "Olimpiakos" klubuna 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.