"İnter" kapitanı ilə yeni müqavilə bağlayacaq

Milan təmsilçisi ilə 25 yaşlı argentinalı forvard arasında yeni sözləşmənin müddəti 2023-cü ilə qədər olacaq

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 13:40

 “İnter” klubu futbolçusu Mauro İkardi ilə yeni müqavilə bağlayacaq.

 

İnterAz “Football Italia”ya istinadən xəbər verir ki, Milan təmsilçisi ilə 25 yaşlı argentinalı forvard arasında yeni sözləşmənin müddəti 2023-cü ilə qədər olacaq.

 

Kapitanın illik əməkhaqqı isə bonus və mükafatlar istisna olmaqla 7 milyon avro təşkil edəcək. Forvardın hazırkı müqaviləsi 2021-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, 2013-cü ildən “İnter”də çıxış edən İkardi ötən mövsüm 34 oyunda 29 qol vurmaqla İtaliya A seriyasının ən yaxşı oyunçusu seçilib. O, cari mövsümdə 18 matçda 12 qol vurub.