“Formula 1” üzrə Azərbaycan Qran Prisi mövsümün ikinci ən yaxşı yarışı seçilib

“Formula 1”in rəsmi saytı vasitəsi ilə aparılan və 16 mindən çox azarkeşin iştirak etdiyi sorğuda Bakı Şəhər Halqasının təşkil etdiyi mərhələ səslərin 13 faizini toplayıb. Birinci yeri isə 30 faiz səslə ABŞ Qran Prisi tutub

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 14:10

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib.

 

İnterAz xəbər verir ki, “Formula 1”in rəsmi saytı vasitəsi ilə aparılan və 16 mindən çox azarkeşin iştirak etdiyi sorğuda Bakı Şəhər Halqasının təşkil etdiyi mərhələ səslərin 13 faizini toplayıb. Birinci yeri isə 30 faiz səslə ABŞ Qran Prisi tutub.

 

Böyük Britaniya Qran Prisi üçüncü (9 faiz), Almaniya Qran Prisi dördüncü (8 faiz), Avstriya Qran Prisi (6 faiz) isə beşinci yeri tutub.

 

2018-ci il Azərbaycan Qran Prisində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton birinci finiş edib. Britaniyalı sürücü yekunda mövsümün də qalibi olub.

 

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.