Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilib

"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Dekabr 2018, 09:38

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialına çəkilib.

 

İnterAz-ın "Report"a istinadən məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.

 

"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.

 

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.